FİFA-ya alternativ futbol qurumu yaradılır - Klublar təşkilatlanır
Futbol klublarının beynəlxalq səviyyədə ayrıca təmsil olunması üçün yeni qurumun yaradılması təklif edilib.
SAVASHMEDİA.az xəbər verir ki, Avropa Futbol Klubları (EFC) təşkilatının sədri Nasser Əl-Xələifi “World Football Clubs” adlı qlobal qurumun yaradılmasını təklif edib.
Yeni təşkilatın dünyanın müxtəlif ölkələrindən klubları bir araya gətirməsi və onların futbol idarəçiliyində daha güclü söz sahibi olmasına imkan verməsi nəzərdə tutulur.
Əl-Xələifi klubların qlobal futbolun əsas iştirakçılarına çevrildiyini və onların ayrıca təmsil olunmasının vacib olduğunu bildirib.
Hazırda EFC 900-dən çox klubu birləşdirir. “Barselona”nın təşkilata qayıtdığı, “Real Madrid”in isə qayıtmaq üçün danışıqlar apardığı açıqlanıb.
Aytən