Benzin və dizel bahalaşa bilər - Tarif Şurasından Yeni il sürprizi?
Son günlər dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanda avtomobil yanacağının qiyməti ilə bağlı yeni müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, sentyabrın son günlərində Brent markalı neftin bir barelinin qiyməti 100 dolları ötüb.
Bu fonda Azərbaycanda Aİ-92 benzininin qiymətinin yenidən artırıla biləcəyi ilə bağlı ehtimallar səsləndirilir.
Azərbaycanda yanacaq qiymətlərinin tənzimlənməsində Tarif Şurasının qərarları əsas rol oynayır. Bu baxımdan mümkün qiymət dəyişikliyində qurumun hansı iqtisadi amilləri əsas götürəcəyi diqqət çəkir.
Dünya bazarında neftin qiymətinin yüksək olması və enerji bazarındakı dəyişikliklər nəzərə alınmaqla benzinin və dizelin qiymətlərinə yenidən baxılması mümkün ssenarilərdən biri hesab olunur.
Mümkün qiymət artımının Yeni il ərəfəsində elan ediləcəyi də ehtimal edilir. Qeyd edək ki, yanacağın qiymətləri ilə bağlı sonuncu artım 2026-cı il yanvarın 1-dən qüvvəyə minib. Tarif Şurasının qərarı ilə Aİ-92 benzininin qiyməti 1 manatdan 1,15 manata qaldırılıb.
Oğuz