“Azəriqaz”ın baş direktoru ixtisarlarla bağlı göstəriş verdi

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində struktur dəyişiklikləri həyata keçirilir.

Jun 26, 2026 - 12:59
“Azəriqaz”ın baş direktoru ixtisarlarla bağlı göstəriş verdi

SAVASHMEDİA.az-ın məlumata görə, “Azəriqaz”ın baş direktoru Azər Məmmədov Regional Qaz İstismarı İdarələrinin (RQİİ) rəislərinə ştat ixtisarı ilə bağlı tapşırıq verib.

Məlumata əsasən, dəyişikliklər SOCAR-ın “Birlik” Strategiyası və Transformasiya proqramı çərçivəsində həyata keçirilir.

Bu çərçivədə A.Məmmədov RQİİ-lərin rəhbərlərinə 2026-cı ilin sonunadək SOCAR tərəfindən müəyyən edilmiş ştat ixtisarı hədəflərinin icrasını təmin etməyi tapşırıb.

Bunun üçün Regional Qaz İstismarı İdarələrinin 2026-cı il üzrə təsdiq edilmiş qulluqçu və fəhlələrin ştat cədvəllərində dəyişikliklərin aparılması göstərişi verilib. (Plat.az)