İran müharibəsi Azərbaycana hər gün bu qədər qazandırır - FANTASTİK MƏBLƏĞ

ABŞ-İran qarşıdurması və Hörmüz boğazında gərginliyin artması fonunda dünya bazarında neftin qiyməti yenidən yüksəlib.

Aug 14, 2026 - 14:47
İran müharibəsi Azərbaycana hər gün bu qədər qazandırır - FANTASTİK MƏBLƏĞ

SAVASHMEDIA.az xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti bu gün 88,50 dollar olub. Bu, əvvəlki göstərici ilə müqayisədə 1,43 dollar və ya 1,64 faiz artım deməkdir.

Bahalaşmanın əsas səbəblərindən biri ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasını qeyri-müəyyən müddət davam etdirə biləcəyi barədə açıqlamasıdır. Bu səbəbdən Hörmüz boğazından neft daşımaları ilə bağlı risklər artıb. Dünyadakı neft daşımalarının təxminən 20 faizi isə bu strateji marşrutdan keçir.

Bu proses Azərbaycan üçün də müsbət imkan yaradır. 2026-cı il dövlət büdcəsində “Azeri Light” neftinin orta qiyməti 65 dollar götürülüb, hazırda isə Azərbaycan nefti təxminən 94 dollara satır.

Təxmini hesablamaya görə, neftin qiyməti 65 dollarlıq büdcə proqnozundan təxminən 29 dollar yüksək qaldığı və hasilat həcmi dəyişmədiyi halda, Azərbaycanın gündəlik neft gəliri təxminən 16 milyon dollar arta bilər.

ABŞ-İran qarşıdurmasının uzanması və Hörmüz boğazında gərginliyin davam etməsi neft qiymətlərini qarşıdakı aylarda da yüksək səviyyədə saxlaya bilər ki, bu da Azərbaycan üçün əlavə neft gəlirləri deməkdir.

Oğuz