"Əsəbiləşmə qardaşım, "pesok"un qalxar" - Azarkeşlərlə Koxalski arasındakı gərginliyin VİDEOSU
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski ilə azarkeşlər arasında gərginlik yaşanıb.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb azarkeşlərin qapıçının avtomobilinə əllə sərt şəkildə toxunmaları olub.
Koxalski avtomobili dayandıraraq əsəbi şəkildə azarkeşlərə “Siz nə edirsiniz?” sualını verib, daha sonra yoluna davam edib.
Bu zaman azarkeşlər qapıçıya “əsəbiləşmə, qardaşım, "pesok"un qalxar” deyərək zarafatlaşıblar.
Qeyd edək ki, M.Koxalskinin performansı son zamanlar azarkeşlər tərəfindən tənqid olunur. Hətta Koxalskinin azarkeşlərə sərt davranmasının bir səbəbi kimi də davamlı edilən tənqidlər göstərilir.
Xatırladaq ki, təcrübəli qapıçı ötən gün oynanılan “Qarabağ”- “Dinamo Kiyev” matçında ehtiyyat oyunçular skamyasında saxlanılıb.
Banu
Посмотреть эту публикацию в Instagram