Marketlərdə alıcıları belə aldadırlar - Daha çox pul xərclədən 5 HİYLƏ

Marketə “iki-üç şey alıb çıxacağam” düşüncəsi ilə girirsiniz, amma kassaya çatanda səbətiniz gözlədiyinizdən xeyli dolu olur? 

Aug 14, 2026 - 17:54
Marketlərdə alıcıları belə aldadırlar - Daha çox pul xərclədən 5 HİYLƏ

SAVASHMEDİA.az xatırladır ki, bunun arxasında supermarketlərin xüsusi alış-veriş strategiyaları dayanır.

Maraqlıdır, bəs supermarketlər bizi daha çox mal almağa necə məcbur edir? Beləliklə, çoxumuzun bilmədiyi 5 hiylə... 

1. Məhsulların düzülüşü
Çörək, süd, yumurta və digər gündəlik məhsullar çox vaxt mağazanın dərinliyində olur. Alıcı bu məhsulları tapmaq üçün marketin daha çox hissəsindən keçməli olur. Bu zaman rəflərdəki digər məhsulları da görür və əvvəlcədən nəzərdə tutulmayan alış-verişlər edirik.

2. Göz səviyyəsindəki mallar
Marketlər daha tez satmaq istədiyi məhsulları adətən göz səviyyəsində yerləşdirirlər. Daha aşağı və yuxarı rəflərdə olan məhsullar isə gözdən yayınır.

3. “Endirim” elanları
Böyük endirim yazıları alıcını məhsulu daha sərfəli hesab etməyə sövq edə bilər. Buna görə əvvəlki və hazırkı qiyməti müqayisə etmək vacibdir.

4. Kassanın yanındakı "tələ"
Saqqız, şokolad, içki və digər kiçik məhsullar kassanın yanında təsadüfən yerləşdirilmir. Növbədə gözləyərkən onları səbətə əlavə etmək asanlaşır.

5. Böyük alış-veriş arabaları
Böyük araba boş qaldıqda az məhsul aldığınızı düşünə bilərsiniz. Bu da səbətə əlavə məhsullar yığmağa səbəb ola bilər.

Ən sadə çıxış yolu: marketə siyahı ilə gedin və ehtiyacınız olmayan məhsulu endirimdə olsa belə səbətə atmayın.

Aytən