Bu vitaminin azlığı xərçəng riskini artırır - XƏBƏRDARLIQ!
D vitamini çatışmazlığı yumurtalıq, uşaqlıq boynu və uşaqlıq cismi xərçənginin inkişaf riskinin artması ilə əlaqəli ola bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Frontiers in Oncology” jurnalında dərc olunan beynəlxalq araşdırmada bildirilib.
Tədqiqat çərçivəsində 30 yaşdan yuxarı 1,3 milyondan çox qadının məlumatları təhlil edilib. D vitamini səviyyəsində ciddi çatışmazlıq olan qadınlar bu göstəricisi normal olan iştirakçılarla müqayisə olunub və 10 ilədək müddətdə müşahidə edilib.
Nəticələrə görə, D vitamini çatışmazlığı ginekoloji xərçəngin ümumi riskinin 47 faiz artması ilə əlaqələndirilib. Yumurtalıq xərçənginin yaranma riski 30 faiz, uşaqlıq boynu xərçəngi riski 31 faiz, uşaqlıq cismi xərçəngi riski isə 55 faiz yüksək olub.
Araşdırmada yaş, piylənmə, diabet, siqaret çəkmə və digər amillər nəzərə alındıqdan sonra da bu əlaqənin qorunduğu müəyyən edilib. Ən güclü əlaqə isə uşaqlıq cismi xərçəngi ilə bağlı müşahidə olunub.
Alimlər qeyd ediblər ki, araşdırma müşahidə xarakterlidir və D vitamini çatışmazlığının birbaşa xərçəngə səbəb olduğunu sübut etmir. Bununla belə, əldə olunan nəticələr D vitamini səviyyəsinin ginekoloji xərçəng riskinin qiymətləndirilməsində mühüm göstərici ola biləcəyini göstərir.
Tədqiqatçılar D vitamininin ginekoloji şişlərin profilaktikasındakı mümkün rolunun daha ətraflı araşdırılmasına ehtiyac olduğunu vurğulayıblar.
Banu