"Cənnətə getmək istəyirəm, 15 dollar göndərin" - Tramp bunu da etdi + FOTOLAR
ABŞ Prezidenti Donald Trampın son addımı marağa səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ lideri 24 saatlıq qeyri-adi ianə kampaniyası başladıb.
Belə ki, Tramp tərəfdarlarına göndərdiyi elektron məktubda cənnətə getmək üçün onlardan 15 dollar ianə istəyib.
Prezident eyni zamanda ötən il uğradığı sui-qəsd cəhdini də xatırladaraq həmin anda ölümdən döndüyünü və Tanrının onu Amerikanı yenidən ən güclü etsin deyə xilas etdiyini bildirib.
ABŞ lideri qeyd edib ki, Hillari Klintonu məğlub edib, ölkə sərhədlərini qoruyub və ABŞ iqtisadiyyatını gücləndirib:
"Keçən il o güllə dərimi sıyırıb keçərkən ölümə lap yaxınlaşdım. Ağ Evə qalibiyyətlə qayıtmağım heç vaxt baş verməməli idi. İnanıram ki, Tanrı məni bir səbəbə görə xilas etdi: Amerikanı yenidən böyük etmək üçün!
Qeyd edək ki, son zamanlar Trampın səhhətinin ağırlaşması, hətta öldüyü ilə bağlı xəbərlər yayılıb. Ağ Ev bu iddiaları yalanlayıb. Lakin yayılan son fotosunda və mətbuat konfransında Trampın bənizinin solğun olması və halsızlığı diqqət çəkib.
Banu