"İstidir deyə işə çıxmıram, universiteti uşaqlar idarə edir" - Odlar Yurdunun rektoru

"Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər".

Sep 5, 2025 - 23:20
"İstidir deyə işə çıxmıram, universiteti uşaqlar idarə edir" - Odlar Yurdunun rektoru

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri iqtisadiyyat.az-a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev deyib.

O, buna səbəb olaraq havaların isti olmasını göstərib.

Universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb: "Uşaqlar ordadır da, universiteti özləri idarə edirlər. Universiteti isə təqaüdə çıxmaq üçün yox, işləmək üçün yaratmışıq".

Səhhəti barədə isə söz açan Ə.Vəliyev deyib ki, problem qocalıqla bağlıdır: "Səhhətimlə bağlı müalicələr gedir".