İTV Kəramət Böyükçölü niyə bezdirib? - "Canımı boğaza yığıblar..."

Yazıçı Kəramət Böyükçöl İctimai Televiziya (İTV) tərəfindən efir qadağısına məruz qalan ilahiyyatçı Elşad Miriyə dəstək nümayiş etdirib.  

May 26, 2026 - 16:50
İTV Kəramət Böyükçölü niyə bezdirib? - "Canımı boğaza yığıblar..."

SAVASHMEDİA.az xəbər verir ki, yazıçı İTV rəhbərliyinə çağırış edərək verilişlərə onun əvəzinə Elşad Mirinin dəvət edilməsini xahiş edib.
 
"Elşad Miri İTV-nin ona qadağa qoymasından gileylənən bir status paylaşıb. Halbuki İTV-nin jurnalistləri tez-tez canımı boğaza yığıb, məni verilişə çağırırlar, getmirəm. İTV-nin rəhbəri Balakişi Qasımovdan xahiş edirəm ki, Elşad Miriyə olan qadağanı götürüb, əvəzinə mənə qadağa qoysunlar", - Kəramət Böyükçöl bildirib. 

O, İTV-də görünməyin faydasız olduğunu da əlavə edib:
 
"Ayda bir dəfə 40-50 nəfərlə canlı görüş keçirməyim mənim üçün də, ora gələn insanlar üçün də daha faydalıdır, nəinki İTV-də görünmək".

Səlcuq