Bakı və Abşeronda hava ilə bağlı VACİB XƏBƏR - Axşam saatlarında...

Hazırda Bakıda, Abşeron yarımadasında və Sumqayıtda davam edən qeyri-sabit hava şəraiti axşam saatlarına doğru tədricən kəsiləcək.

May 26, 2026 - 16:26
Bakı və Abşeronda hava ilə bağlı VACİB XƏBƏR - Axşam saatlarında...

SAVASHMEDİA.az xəbər verir ki, bu barədəcavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, axşam saatlarında artıq yağıntılar kəsəcək.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.