Ronaldo atasını itirən Messiyə belə dəstək oldu - FOTOLAR

Argentina millisinin və “İnter Mayami” klubunun kapitanı Lionel Messi atası ilə bağlı paylaşım edib.

Aug 12, 2026 - 18:27
Ronaldo atasını itirən Messiyə belə dəstək oldu - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, ulduz futbolçu Xorxe Messi ilə fotosunu paylaşaraq “Səni sevirəm, ata” şərhini yazıb.

Messinin paylaşımını bir çox məşhur futbolçu bəyənib. 

Əl-Nəsr klubunun hücumçusu Kriştiano Ronaldo isə rəy yazaraq Messiyə dəstək olub:

“Leo, bu çətin günlərdə sənə və ailənə sevgimi göndərirəm. Sizə güclü olmağı arzulayıram”.

Xatırladaq ki, Lionel Messinin atası Xorxe Orasio Messi avqustun 8-də, 68 yaşında vəfat edib. Bundan sonra Lionel Messi futbol karyerasına qeyri-müəyyən müddətə fasilə verib.

Banu