“Putin sentyabrda buna hazırlaşır” – Zelenski planı İFŞA ETDİ
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin başa çatdırılması istiqamətində ABŞ-yə yeni təkliflər təqdim edildiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə avqustun 11-də yayımladığı videomüraciətdə bildirib.
Onun sözlərinə görə, Ukraynanın danışıqlar qrupu müharibənin başa çatdırılması ilə bağlı təklifləri ABŞ nümayəndələrinə çatdırıb.
Zelenski ABŞ-nin Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsində və Rusiyanın müharibəni davam etdirmək əvəzinə sülhə yönəldilməsi üçün təzyiq göstərilməsində mühüm rol oynaya biləcəyini qeyd edib.
Ukrayna lideri eyni zamanda Rusiyanın mümkün yeni səfərbərlik planı barədə xəbərdarlıq edib.
Zelenskinin bildirib ki, Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlar Moskvanın sentyabrda keçiriləcək parlament seçkilərindən sonra yeni səfərbərlik elan etməyə hazırlaşdığını göstərir. O iddia edib ki, bu proses nəticəsində ilin sonunadək bir neçə yüz min nəfərin, gələn il isə daha bir neçə yüz min şəxsin orduya cəlb edilməsi planlaşdırılır.
Zelenski Rusiyanın ballistik raket istehsalını artırmasını, Şimali Koreyadan hərbi təchizat almasını və mümkün səfərbərliyə hazırlıq görməsini Moskvanın müharibəni bitirmək deyil, eskalasiyanı davam etdirmək niyyətinin göstəricisi kimi qiymətləndirib.
Banu