“Sayəmizdə mövcuddur, ancaq nankorluq edir” – Tramp bu ölkəni də HƏDƏF ALDI
“Kanada ABŞ sayəsində mövcuddur, amma buna görə minnətdar deyil”.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
ABŞ lideri Kanada Baş naziri Mark Karnini nankor adlandırıb:
“Mark Karni Kanadanın təhlükəsizliyinin təmin edilməsində göstərdiyi köməyə baxmayaraq, ABŞ-yə qarşı nankorluq edir. O, Davosdakı çıxışında bizə o qədər də minnətdarlıq etmədi. Kanada ABŞ sayəsində mövcuddur”.
Banu