Bu yerlərdən ƏT ALMAYIN - AQTA-dan XƏBƏRDARLIQ

Baytarlıq müayinəsindən keçməmiş heyvanların kəsilərək ətinin satışa çıxarılması insan sağlamlığı üçün ciddi risk yaradır.

Sep 17, 2026 - 21:17
Bu yerlərdən ƏT ALMAYIN - AQTA-dan XƏBƏRDARLIQ

SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəstə və ya xəstəlik şübhəsi olan heyvanların ətindən istifadə ilə bağlı xəbərdarlıq edib. 

Belə ətlərin istehlakı insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəlikləri keçirə bilər.

Heyvan mənşəli məhsullardan exinokokk və trixinella kimi parazitlərin də insan orqanizminə keçməsi mümkündür. Antisanitar şəraitdə kəsilən ət isə Salmonella, E. coli və Listeria kimi təhlükəli mikroorqanizmlərlə çirklənə bilər.

AQTA vətəndaşları ət və ət məhsullarını yalnız baytarlıq nəzarətindən keçmiş kəsim məntəqələrindən və satış obyektlərindən almağa çağırıb.

Agentlik qanunsuz heyvan kəsimi ilə bağlı nəzarət tədbirlərinin davam etdirildiyini bildirib.