“Sabah" müraciət etsə, təxirə salarıq..." - Vernidub

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 6-cı turunda "Qəbələ" üzərində 3:0 hesablı qələbəni şərh edib.

Sep 18, 2026 - 21:16
“Sabah" müraciət etsə, təxirə salarıq..." - Vernidub

SAVASHMEDİA.az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə matç haqda ümumi fikirlərini bölüşüb və daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çempionatda fasilə yaranacaq. Bəzi oyunçular milli komandalarına yollanacaqlar. Oyunçulara 5 günlük istirahət verəcəyik. Sentyabrın 24-dən “Sabah”la oyuna hazırlaşacağıq. Hazırkı çempion indi yaxşı formadadır. Bu oyuna ciddi hazırlaşacağıq. Oktyabrın 2-də "Araz-Naxçıvan"la yoxlama oyunu keçirəcəyik. "Sabah"dan sonra "Qarabağ" və "Turan-Tovuz"la oynayacağıq. Bizi çətin matçlar gözləyir.

- "Sabah"la oyun Çempionlar Liqasına görə təxirə salınsa necə olar?

- Bu barədə düşünməmişəm. Əgər bizə müraciət etsələr, mən bu kimi məsələlərdə loyal davranacağam. Keçən mövsüm "Qarabağ"a güzəştə getdik. Azərbaycan klublarının Avropada uğur qazanmasını istəyirik. Bununla bağlı problem görmürəm.

- Komanda ilk hissədə o qədər də inamlı görünmədi. Bunun səbəbi nədir?

- Qəbələdə oynamaq çətindir. Bölgə dəniz səviyyəsindən çox yüksəkdə yerləşdiyindən, uyğunlaşmaq üçün vaxt lazımdır. İlk hissəni uyğunlaşmaqla keçirdik. Əsas odur ki, qalib gəldik.

- Demək olar ki, hər oyunda fasilədə Emin Mahmudovu əvəzləyirsiniz. Bu, fiziki hazırlıqla bağlıdır?

- Xeyr, fiziki hazırlıqla bağlı deyil.