Qadın azarkeşlərin sevimlisinə çevrilib - DÇ-2026-nın ən yaraşıqlı futbolçusu + FOTO

2026-cı il futbol üzrə Dünya Çempionatı təkcə meydandakı nəticələrlə deyil, futbolçuların müxtəlif aspektlərdən müzakirəsi ilə də yadda qalır.

Jun 21, 2026 - 15:07
Qadın azarkeşlərin sevimlisinə çevrilib - DÇ-2026-nın ən yaraşıqlı futbolçusu + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, Nigeriya millisinin qapıçısı Maduka Okoye Dünya Çempionatının ən gözlənilməz sosial media fenomenlərindən birinə çevrilib.

Xarici görünüşü ilə diqqət çəkən 26 yaşlı qapıçı turnirin ən çox danışılan simalarından hesab olunur.

Onun sosial şəbəkələrdə yayılan fotoları və videoları qısa müddətdə geniş marağa səbəb olub. Belə ki, qadın azarkeşlər Okoye ilə bağlı minlərlə paylaşım edib, bəzi istifadəçilər isə onu Dünya Çempionatının ən yaraşıqlı futbolçusu adlandırıblar.

Xatırladaq ki, Almaniyada doğulan Okoyenin atası nigeriyalı, anası isə Avropa əsillidir. O, peşəkar karyerasını İtaliyada davam etdirir və hazırda "Udinese" klubunun formasını geyinir. 

Uzun illərdir Nigeriya millisinin əsas qapıçıları arasında yer alan futbolçu bu dəfə idman göstəricilərindən çox xarici görünüşü ilə diqqət mərkəzinə düşüb.

Aytən

Fotolarda Maduka Okoye