Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - RƏSMİ

“Mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır”.

Jun 21, 2026 - 14:19
Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında bildirilir.

“Anbarlardan qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər icra edilir.

Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb.

Nəticədə Bakı şəhərinin müxtəlif rayonlarının ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur”, - qurumdan qeyd edilib.