İsrail klubunun UEFA-dan tələbi - "Yalnız Bakıda..."
“Makkabi”nin “Beşiktaş”la görüş üçün Bakını tələb etdikləri iddia edilib.
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının əsas mərhələsində Türkiyədə “Beşiktaş” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçirilməli olan V tur oyununun yeri dəyişdirilib. Noyabrın 28-də keçiriləcək matçın yeri isə hələ dəqiqləşməyib.
Sosial şəbəkələrin Türkiyə seqmentində “Makkabi”nin “Beşiktaş”la görüş üçün Bakını tələb etdikləri iddia edilib.
Qeyd edək ki, Avropa futbol qurumu görüşün neytral ölkədə keçirilməsinə qərar verib. UEFA oyunun keçiriləcəyi ölkənin adını bu həftənin sonuna kimi açıqlayacaq. (axar.az)