"Fənərbağça"dan ona görə getdim - Mourinyo ad açıqladı

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Fənərbağça” klubu ilə bağlı daha bir açıqlama verib.

Oct 24, 2025 - 19:47
"Fənərbağça"dan ona görə getdim - Mourinyo ad açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, portuqal mütəxəssis İstanbul klubundan getməsinin səbəblərindən birinin Kərəm Aktürkoğlu olduğunu bildirib.

“Bəlkə də, “Fənərbağça”dan ayrılmağımın səbəblərindən biri, oyun anlayışım baxımından çox vacib hesab etdiyim o oyunçunu (Kərəm Aktürkoğlu – red) “Benfika”dan ala bilməməyimin məyusluğu idi” – təcrübəli mütəxəssis qeyd edib.

J.Mourinyo Kərəmin “Fənərbağça”ya keçidinə səbəb olduğu üçün peşman olduğunu da diqqətə çatdırıb:

“Çox təəssüflər olsun ki, “Benfika”nın heyətinin dəyişməsinə dolayı yolla mən səbəb olmuşam. Bu, mənim günahımdır. Kərəmi heyətimə qatmaq üçün əlimdən gələni etdim, ancaq nə yazıq ki, onu nə “Fənərbağça”da olduğum müddətdə, nə də “Benfika”da əldə edə bildim”.

Qeyd edək ki, Kərəm Aktürkoğlu “Benfika”dan 25 milyon avro qarşılığında transfer olunub. O, “Fənərbağça” ilə 4 illik müqavilə imzalayıb.

Banu