Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" siyahısına salındı
Rusiya Ədliyyə Nazirliyi jurnalistlər Ruslan Süleymanov və İrina Novik (Kuzmiçeva), blogerlər Dmitri Çernışevski (Savromat) və Nino Rosebaşvili, həmçinin “Qəzəbli Çuvaşiya” və “Ust-Kut24” layihələrini “xarici agent” reyestrinə daxil edib .
SAVASHMEDİA.az xəbər verir ki, onlar Rusiya hakimiyyət orqanlarının qərarları haqqında yalan məlumat yayıblar, Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxış ediblər və Rusiya ordusu haqqında mənfi rəy formalaşdırıblar.
Xatırladaq ki, Ruslan Süleymanov İrkutskda azərbaycanlı ailəsində anadan olub. O, Yaxın Şərq üzrə ekspertdir. Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsini bitirib. 2017-2022-ci illərdə TASS-da, o cümlədən Qahirədə baş müxbir kimi çalışıb.
Ukrayna ilə müharibə başlayandan sonra o, Rusiyanı tərk edib və hazırda Bakıda yaşayır.
Səlcuq