Çindən Zelenskiyə cavab - "Hamı görür"

Ukranya Prezidenti Volodimir Zelenskinin "Pekin Kiyevə yardım etmək istəmir" fikrinə Çindən cavab gəlib.

Oct 24, 2025 - 20:26
Çindən Zelenskiyə cavab - "Hamı görür"

SAVASHMEDİA.az-ın xəbərinə görə,  Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun Ukrayna lideri ilə razı olmadığını ifadə edib.

O bildirib ki, Çin Ukrayna müharibəsinə obyektiv yanaşır, atəşkəs və danışıqların tərəfdarıdır, beynəlxalq ictimaiyyət Pekinin sülh istiqamətindəki səylərini görür.

Xatırladaq ki, Zelenski daha əvvəl Çinin Ukraynaya yardım etməkdə maraqlı olmadığını və Kiyevə silah satmaq istəmədiyini bəyan etmişdi.

Aytən İbrahimova