İngiltərə Premyer Liqasında oyun zamanı azarkeş öldü
İngiltərə Premyer Liqasında I turun "Fulhem"lə ev oyunu zamanı "Brayton" azarkeşi vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, halı pisləşən 72 yaşlı kişi fanatın həyatını xilas etmək mümkün olmayıb.
Hadisəyə görə oyun dayandırılmayıb. "Brayton"un təhlükəsizlik xidməti əməkdaşları, Sasseks qraflığının polisi və Premyer Liqa nümayəndələri hesab edib ki, bu, reanimasiya cəhdlərinə təsir edə və xəstəxanaya yerləşdirilmədə çətinliklər yarada bilər.
Qeyd edək ki, qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.