Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Aug 17, 2025 - 11:37
Sabah hava necə olacaq?

Bu barədə SAVASHMEDİA.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə 21-24, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.