"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bu klub oldu
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.
SAVASHMEDİA.az xəbər verir ki, Ağdam təmsilçisinin potensial rəqibləri - “Linfild” (Şimali İrlandiya) və “Şelburn” (İrlandiya) komandaları bu arasında bu gün cavab oyunu keçirilib.
İlk oyunda 1:0 hesablı qələbə qazanan "Şelburn" cavab oyununda 1:1 hesablı heç-heçə qeydə alındığından mərhələ adlayan tərəf olub.
Beləliklə, II təsnifat mərhələsində "Qarabağ" "Şelburn" ilə üz-üzə gələcək.
Qeyd edək ki, ÇL-də II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.
Oğuz