Xan ilk dəfə danışdı: Nigarla nişan niyə pozulub? - VİDEO

Müğənni Xan Qaraxanlı və Xalq artisti Fatma Mahmudovanın qızı, aktrisa-müğənni Nigar Tofiqqızının nişanının pozulması və bunun ətrafında baş verənlər son günlərin ən çox müzakirə olunan mövzusudur. 

Sep 11, 2026 - 11:31
Xan ilk dəfə danışdı: Nigarla nişan niyə pozulub? - VİDEO

SAVASHMEDİA.az xatırladır ki, mövzu ilə bağlı əsas açıqlamanı Fatma Mahmudova Elgiz Əkbərin aparıcısı olduğu verilişdə  səsləndirib.Məlumata görə,cütlüyün bir neçə ay əvvəl baş tutan təmtəraqlı nişanı rəsmən pozulub.

Mövzu ilə bağlı müğənni Nigar Tofiq keçmiş nişanlısına yönəldiyi güman edilən paylaşımlar edib.Xanım müğənni paylaşımında onun aldadıldığını qeyd edib.

Mövzu ilə bağlı müğənni Xan Qaraxanlı da açıqlama yayıb.

O,nişanın pozulmasının bəzi detallarını açıqlayıb.

"Mən Nigar xanıma və onun ailəsinə hörmət əlaməti olaraq susuram.Buna baxmayaraq bəzi insanlar məsələnin mahiyyətini bilmədən mənim ünvanıma təhqirlər yağdırırlar. Əgər bu işdə mənim günahım olsaydı,bu qədər təhqirlərdən,söyüşlərdən narahatlıq keçirməzdim.Allah şahidimdir  ki,bu münasibətdə heç bir təmənna olmayıb.Bizim duetimiz nişandan qabaq olub.Deyirlər ki,Nigardan istifadə edib,özünü tanıtdın.Bir daha deyirəm ki,duetimiz əvvəl olub.10 ildən artıqdır ki,səhnədəyəm.Burada üzümü tuturam insanlara və deyirəm: Mən günahkar deyiləm.Nədə ki,mən heç kimi aldatmamışam.Biz dost kimi ayrılmışıq,düşmən kimi yox.Artıq dərəcədə xahiş edirəm ki,bu söz söhbətlərə yol verməyin.Bizdə alınmadı,məsələ bu qədər bəsit.Nigar xanım mənim yanımda həmişə sevimlidir...",- müğənni bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от oxu24.az (@oxu24.az)