"Vaqonlarda qaynar su yoxdur, hörmətsizlik edirlər" - ADY-dən ŞİKAYƏT 

“Azərbaycan Dəmir Yolları” QSC-nin vaqonlarında qaynar su yoxdur”.

May 30, 2026 - 22:43
May 30, 2026 - 22:45
"Vaqonlarda qaynar su yoxdur, hörmətsizlik edirlər" - ADY-dən ŞİKAYƏT 

SAVASHMEDİA.az xəbər verir ki, bunu ADY-dən şikayət edən Aleksandra Akulova adlı sərnişin bildirib.

Akulova qeyd edib ki, artıq ikinci dəfədir belə bir problemlə üzləşir:

“Keçən il vaqonlarda qaynar su problemi ilə bağlı ADY-yə şikayət etmişdim. O zaman mənə bildirdilər ki, problem həll olunub və növbəti səfərlərdə vaqonlarda qaynar su olacaq”.

Sərnişin bildirib ki, bir il keçməsinə və problemi həll etdəcəklərinə söz vermələrinə baxmayaraq, yenə də köhnə hamam, köhnə tasdır:

“Hazırda Bakı-Balakən 64 qatarının 4-cü vaqonunda Şəkiyə gedirəm. Qəhvə hazırlamaq üçün qaynar su istədim, lakin mənə bildirildi ki, qaynar su yoxdur və olmayacaq. İndi sizə (ADY-yə - red) sualım var: əgər vəziyyət dəyişməyibsə, niyə mənə “gələn dəfə qaynar su olacaq” deyildi? Deməli, sərnişinə sadəcə boş vəd verilib”.

Qurumu yalançılıqda ittiham edən sərnişin əlaqə üçün yazılan nömrəyə zəng çatmamasından da şikayətçidir:

“Üstəlik, göstərilən nömrəyə zəng çatmır, WhatsApp isə işləmir. Bu münasibət sərnişinlərə qarşı hörmətsizlikdir. Sırf mənə yanlış məlumat verildiyi üçün məsələ ilə bağlı yenidən rəsmi şikayət edəcəyəm. Mən sadəcə uzun yol gedərkən isti qəhvə içirəm. Bakıya qayıdandan sonra rəsmi qaydada şikayət edəcəyəm. Bunu sırf yalan danışdığınız üçün edəcəyəm”.

Banu