Kılıçdaroğlu, yoxsa Özgür Özel? - Mansur Yavaş seçimini etdi
CHP-də rəhbərlik böhranı fonunda Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş mövqeyini açıq şəkildə ortaya qoyub.
SAVASHMEDİA.az xəbər verir ki, bu gün həm CHP-də məhkəmə qərarı ilə sədr vəzifəsinə geri qaytarılmış Kemal Kılıçdaroğlu, həm də partiyanın seçilmiş sədri Özgür Özel Ankarada eyni saatlarda ayrı-ayrı bayram mitinqləri keçiriblər.
Gözlər isə Mansur Yavaşın hansı tərəfdə yer alacağına yönəlmişdi.
Yavaş Kılıçdaroğlunun deyil, Özgür Özelin təşkil etdiyi mitinqə qatılıb və çıxışında partiyanın qurultaya getməsinin vacibliyini vurğulayıb. Onun bu addımı CHP-dəki qarşıdurmada Özgür Özelə dəstək kimi qiymətləndirilib.
Beləliklə, CHP-dəki son gərginlik fonunda Mansur Yavaş seçiminin Özgür Özel olduğunu nümayiş etdirib.
Oğuz