Xameneinin bacısı oğlundan inanılmaz AÇIQLAMA - "Çox sevindim..."

Öldürüldüyü bildirilən İranın ali lideri Əli Xameneinin bacılarından birinin oğlu Mahmud Moradxani onun ölümünü “irəliyə doğru addım” adlandırıb.

Mar 1, 2026 - 23:18
Mar 1, 2026 - 23:52
Xameneinin bacısı oğlundan inanılmaz AÇIQLAMA - "Çox sevindim..."

SAVASHMEDİA.az xəbər verir ki, Fransada yaşayan və İran hakimiyyətinə qarşı çıxış edən Mahmud Moradxani AFP agentliyinə müsahibəsində “əksər iranlılar kimi mən də sevinirəm” deyib.

Onun sözlərinə görə, ayətullahın ölümü İran üçün “irəliyə doğru addım” və “ümid” deməkdir.

Qeyd olunur ki, Mahmud Moradxaninin bacısı Fəridə Moradxani iranlı hüquq müdafiəçisidir və o, beynəlxalq ictimaiyyəti İran rejimi ilə əlaqələri kəsməyə çağırmışdı.(konkret)