Stubbdan Trampa dərs - “Rusiya qüdrətli dövlət deyil”

“ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə qarşı səbrini itirir”.

May 19, 2025 - 16:11
Stubbdan Trampa dərs - “Rusiya qüdrətli dövlət deyil”

SAVASHMEDİA.az “The Guardian”a istinadən xəbət verir ki, bunu Finlandiya prezidenti Alexander Stubb Tallinndə təhlükəsizlik konfransında deyib.

Onun sözlərinə görə, bu həftə amerikalı senatorlar Lindsi Qrem və Riçard Blumentalın Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsini Konqresdə təqdim edəcəyi ehtimalı mövcuddur. Amma bu məsələ Trampla Putinin telefon danışığından asılıdır.

Stubb onu da etiraf edib ki, Trampla söhbəti zamanı ona Rusiyanın artıq “ən azı iqtisadi baxımdan” böyük dövlət olmadığını çatdırmağa çalışıb.

“[İqtisadiyyat üzrə] İtaliyadan kiçik, İspaniyadan bir qədər böyükdür. Üç il əvvəl hərbi yolla Ukraynanın müstəqil suverenliyini və ərazi bütövlüyünü inkar etmək istəyirdi. Bu il ərazilərin 1%-dən azını ələ keçirib, faiz dərəcəsi 20%-i keçib, ehtiyatları isə tükənib”, - deyə Stubb əlavə edib.

Xatirə SADIQ