Zelenskidən Rusiyaya ərazi mübadiləsi təklifi  - "Kursku verəcəm, əvəzində..."

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə ərazi mübadiləsinə gedəcəyini deyib. 

Feb 11, 2025 - 19:06
Zelenskidən Rusiyaya ərazi mübadiləsi təklifi  - "Kursku verəcəm, əvəzində..."

SAVASHMEDİA.az-ın xəbərinə görə, o,  “The Guardian”a müsahibəsində deyib ki, Ukrayna Kursk vilayətinin bir hissəsini öz ərazisinin bir hissəsi ilə dəyişdirməyi planlaşdırır.

Bundan əvvəl Zelenski Ukrayna ordusunun Kursk vilayətində yeni hücuma keçdiyini və uğur qazandığını bildirmişdi . 

Ukrayna lideri bildirib ki, Ukrayna hərbçiləri bölgəyə 2,5 kilometr irəliləməyə nail olublar.

Yağmur