Tramp ilk dəfə etiraf etdi - “Putinlə dəfələrlə danışmışam”

ABŞ prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə bir neçə həftə ərzində danışıb.

Mar 19, 2025 - 15:51
Tramp ilk dəfə etiraf etdi - “Putinlə dəfələrlə danışmışam”

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bunu “Washington Examiner” qəzetinə müsahibəsində etiraf edib.

O, danışıb ki, Putinlə dünənki söhbəti son həftələrdə birinci söhbəti olmayıb. 

“Həqiqətən, bunun bunun başlanğıcı üç-dörd həftə əvvəl qoyuldu. Bilirsinizmi, mən Putinlə çox danışmışam – bu, hər şeyin başlandığı sadəcə zəng deyildi. Bizim başqa söhbətlərimiz də olurdu. Bu barədə əvvəllər xəbər verilmirdi”, - deyə Tramp bildirib.
 
Onun sözlərinə görə, ünsiyyət müsbət olub. O, həmçinin yaxın gələcəkdə tam atəşkəs barədə razılığın əldə olunacağını gözləyir.

Xatirə SADİQ