İmamoğlunun diplomunun saxtalığı sübut olundu - Özü şəxsən...
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu barəsindəki "saxta diplom" ittihamı ilə bağlı istintaq yekunlaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, hazırlanan 20 səhifəlik iddianamədə Əkrəm İmamoğlunun diplomu saxta yolla əldə etdiyi və saxtakarlıq cinayətində şəxsən iştirak etdiyi qeyd edilib.
Prokuror Əkrəm İmamoğlu üçün 8 il 9 ay həbs cəzası tələb edib. İttiham aktı Birinci İnstansiya Cinayət Məhkəməsinə göndərilib.
Banu