Şagirdi və xadiməni döyən direktor müavini danışdı - "Mənə badalaq atdı" + VİDEO
Lənkəran rayonunun Zövlə kənd tam orta məktəbinin direktor müavininin məktəbdə şagirdlə xadiməni döyməsi iddiasının təfərrüatı məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, o, hadisənin təfərrüatını danışıb.
Şagirdi və xadiməni döyməkdə ittiham edilən Qurban Sadıqov artıq vəzifəsindən kənarlaşdırılıb.
Onun dediyinə görə, mübahisəyə əsas səbəb onun 8-ci sinifdə təhsil alan oğlunun məktəbin 11-ci sinif şagirdi tərəfindən döyülməsi olub.
Onun iddiasına görə, övladının döyülməsi ilə bağlı həmin şagirdlə söhbət aparmaq istəyib, ancaq sonradan vəziyyət bu həddə çatıb.
Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında: