“Müharibədən sonra istefa verəcəyəm” - Zelenski 

Ukrayna prezidenti Volodimir Zelenski müharibə bitdikdən sonra istefa verməyə hazır olduğunu bildirib.

Sep 25, 2025 - 14:18
Sep 25, 2025 - 14:24
“Müharibədən sonra istefa verəcəyəm” - Zelenski 

SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə “Axios” nəşrinə müsahibə verərkən deyib. 
 
“Müharibə bitdikdən sonra işini bitmiş hesab edəcəkmi” sualına cavabında Ukrayna prezidenti qeyd edib ki, istefaya getməyə “hazır” olacaq. 

“Məqsədim müharibəni bitirməkdir, vəzifəyə irəli sürülmək deyil”, - deyə Zelenski bildirib. 

“Bir neçə aylıq atəşkəs əldə olunarsa, seçkiləri keçirməyə can atacaqmı” sualına Zelenski “bəli” cavabını verib. 

O, əlavə edib ki, belə halda seçkilərin təşkil olunması xahişi ilə parlamentə müraciət edəcək. 

Xatirə SADİQ