Ərdoğan Makrona sataşdı - “Yaxşı olduğun vaxtlar da olurmuş”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sammiti çərçivəsində keçirilən görüşlərin birində Fransa prezidenti Emmanuel Makronla zarafat edib.
SAVASHMEDİA.az görüşdən çıxarkən üz-üzə gələn dövlət başçıları qucaqlaşıblar. Ərdoğan fransalı həmkarına “işlərin necə gedir” sualını ünvanlayıb. Makron cavabında hər şeyin yaxşı olduğunu söyləyib.
“Məmnun oldum. Demək ki, yaxşı olduğu vaxtlar da olurmuş”, - deyə Ərdoğan gülüb.
Xatirə SADİQ