Tramp yazıçıya vəzifə verir

ABŞ Qlobal Media Agentliyinin (USAGM) rəhbəri vəzifəsinə mühafizəkar fəal və yazıçı III Brent Bozellin namizədliyi irəli sürülüb.

Jan 23, 2025 - 06:37
Tramp yazıçıya vəzifə verir

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə “Truth Social” platformasında yazıb. 

“38 il ərzində KİV Tədqiqatları Mərkəzinin qurucusu və prezidenti kimi çap, televiziya və intermetdə qlobal medialandşaftını Brentdən yaxşı başa düşənlər azdır”, - deyə Tramp vurğulayıb. 

Qeyd edək ki, USAGM “Amerikanın Səsi” də daxil olmaqla, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən beş beynəlxalq media təşkilatına nəzarət edir. Həmin media təşkilatları 125 ölkədə 61 dildə yayımlanır. Onlar birlikdə hər həftə dünya üzrə 420 milyondan çox insana xəbər və məlumat təqdim edirlər

Xatirə SADİQ