Türkiyədə təyyarə qəzaya düşdü – Ekipaj üzvləri... – VİDEO
Türkiyədə təyyarə qəzaya düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə Burdur şəhərinin Bucak rayonunda baş verib.
Məlumata görə, Meşə Təsərrüfatı Baş Müdirliyinə məxsus təlim təyyarəsi qəzaya uğrayaraq Karacaören bənd gölünə düşüb. Təyyarənin göyərtəsində iki ekipaj üzvü olub. Hadisə yerinə təcili xilasedicilər göndərilib. Ekipaj üzvləri xilas edilib.
Burdur valiliyi hadisə ilə bağlı açıqlama yayıb.
“Təlim təyyarəsi gölə enərək su götürmək istəyərkən qəza baş verib. Ekipaj üzvlərinin həyatını xilas etmək mümkün olub” – valilik bildirib.
Banu