"Putinlə Zelenskiyə dedim ki, uşaqlar, özünüz bilərsiniz" - Tramp
ABŞ lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüşlə bağlı açıqlama verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Tramp bu haqda Ağ Evdə Cənubi Koreya prezidenti Li Jae-Myunqla görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Görüşüb, görüşməmək onların öz işidir. Məncə, onlar üçtərəfli görüşdən əvvəl təkbəkət görüşməlidirlər ki, hansısa razılıq əldə edə bilək. Onlar mənim də həmin görüşdə olmağımı istədilər. Mən isə dedim ki, uşaqlar, buna siz qərar verməlisiniz. Bu sizin işinizdir, bizim işimiz deyil. Tanqo üçün iki nəfər lazımdır", - Tramp bildirib.
O, həmçinin Rusiya ilə Ukrayna arasında müharibənin həll olunacağına əminliyini ifadə edib.
Oğuz