Zakir Həsənovun müşaviri olan türkiyəli general işdən çıxarıldı

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri Bəxtiyar Ersay vəzifəsindən azad olunub.

Aug 25, 2025 - 22:00
Zakir Həsənovun müşaviri olan türkiyəli general işdən çıxarıldı

SAVASHMEDİA.az-ın əldə etdiyi məlumata görə, bu, onun Türkiyədəki yeni vəzifəsi ilə əlaqədardır.

Belə ki, Bəxtiyar Ersay bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib. General artıq yeni vəzifəsinin icrasına başlayıb və 1-ci Ordunun komandanı kimi “Teknofest” festivalına qatılıb.

Xatırladaq ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib. O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.

Aytən İbrahimova