İmamoğlunun qaynı da saxlanıldı - İstanbulda böyük əməliyyat
İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya iddiaları ilə bağlı daha 47 nəfər saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun təlimatı ilə polis bu gün bir çox evə basqın edib.
Saxlanılanların arasında sabiq millət vəkili Turay Aydoğan, sabiq bələdiyyə başqan müavini Ali Rıza Akyüz və İBB başqanı Əkrəm İmamoğlunun qaynı Cevdet Kaya və İmamoğlunun müşaviri, hazırda həbsdə olan Murat Ongunun həyat yoldaşı Gözdem Ongun da var.
İstanbul Baş Prokurorluğundan verilən açıqlamada saxlanılan şəxslərin evlərinə və iş yerlərində araşdırmaların aparıldığı bildirilib.
Banu