Astarada ata oğluna bu görə qıyıbmış - Meyvə bağı kimindir?

Astarada ata oğluna ov tüfəngi ilə atəş açıb.

Oct 20, 2024 - 22:14
Astarada ata oğluna bu görə qıyıbmış - Meyvə bağı kimindir?

SAVASHMEDİA.az xəbər verir ki, hadisə rayonun Sığaloni kəndi ərazisində baş verib.

Belə ki, Ağaşir Hüseynov oğlu 1991-ci il təvəllüdlü Tural Ağaşir oğlu Hüseynova ov tüfəngi ilə atəş açıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan T.Hüseynov cərrahiyyə şöbəsinin əməliyyat blokuna alınıb.

İlkin məlumata görə, ata və oğul arasında mübahisə sitrus meyvə bağı üstündə yaranıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilib və hazırda saxlanılması istiqamətində tədbirlər davam etdirilir.