"Bu heç Kremldə bizim ağlımıza gəlməyib" - Peskovdan Braziliyanın son qərarına reaksiya
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Braziliya lideri Luiz İnasio Lula da Silvanın Kazanda keçiriləcək BRICS sammitinə qatılmamaq qərarına münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, Braziliya liderinin bu addımının Rusiya prezidenti Vladimir Putinin Braziliyada keçiriləcək G20 sammitinə getməmək qərarına cavab ola biləcəyini istisna edib.
“Xeyr, Kremldə bu fikir bizim ağlımıza belə gəlmir" - o, bildirib.
Məlumat üçün bildirək ki, Braziliya tərəfi bəyan edib ki, ölkə prezidenti “oksipital bölgədə küt yara ilə” paytaxtın Sirio Libanes xəstəxanasına yerləşdirilib.
Həkimlər vəziyyətin ciddi olmadığını desələr də, ehtiyat tədbiri olaraq prezidentə Rusiyaya uzun uçuşdan çəkinməyi tövsiyə ediblər.
Prezidentin yarasına tikişlər vurulduğu və evə göndərildiyi də bildirilir. Məlumatda bildirilir ki, dövlət başçısı yarasını məişət qəzası nəticəsində alıb.
Xatırladaq ki, media rəhbərləri ilə görüşdə Putin 2024-cü ildə Braziliyada keçiriləcək G20 sammitində iştirak etməyəcəyini açıqlamışdı.
Oğuz