Qalmaqaldan sonra ərəb turistlər yenidən Şəhidlər Xiyabanında - Bu dəfə... + VİDEO

Məlum olduğu kimi, bu günlərdə 3 ərəb turist Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edərək  görüntülər paylaşmış və bu, ictimaiyyətin kəskin etirazına səbəb olmuşdu.

Aug 19, 2025 - 21:21
Qalmaqaldan sonra ərəb turistlər yenidən Şəhidlər Xiyabanında - Bu dəfə... + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, görüntülər yayıldıqdan sonra həmin əcnəbilər barəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb və saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu gün isə ərəb turistlərin Şəhidlər Xiyabanından yeni görüntüləri yayılıb. Bu dəfə onlar məzarlar üzərinə gül dəstələri qoyaraq şəhidlərimizə rəhmət oxuyublar.

Həmin görüntüləri təqdim edirik.