Artur Rasizadə Elçin Əfəndiyevin vida mərasiminə niyə gəlməyib? - Səbəbi bilindi
Xəbər verdiyimiz kimi, tanınmış yazıçı, ictimai-siyasi xadim, uzun illər Baş nazirin müavini vəzifəsində çalışmış Elçin Əfəndiyev ötən gün vəfat edib.
Mərhumla vida mərasimi bu gün Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutub.
Xatırladaq ki, Elçin Əfəndiyev 1993-cü ildən 2018-ci ilə qədər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb. Bu dövrdə o, ölkənin sabiq Baş naziri Artur Rasizadə ilə birgə işləyib.
Maraqlıdır ki, sabiq Baş nazir A.Rasi-zadə bugünkü dəfn mərasimində şəxsən iştirak etməyib. O, mərhuma ehtiram əlaməti olaraq I Fəxri xiyabana əklil göndərib.
Bu məsələ həm mətbuatda, həm də sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Artur Rasizadənin 22 illik müavinini son mənzilə yola salmaması birmənalı qarşılanmayıb.
SAVASHMEDİA.az-ın əldə etdiyi məlumatda isə bildirilir ki, Artur Rasizadənin vida mərasiminə qatılmaması onun səhhəti ilə bağlı olub.
Belə ki, 90 yaşlı keçmiş baş nazirin səhhətində problemlər var və o, hətta yeriməkdə çətinlik çəkir.
Qeyd edək ki, Artur Rasizadənin səhhəti ilə bağlı məlumatlar bu ilin əvvəlindən intensivləşməyə başlayıb. Onun ilin əvvəlində müalicə üçün xarici ölkələrdən birinə səfər etdiyi də bildirilir.
Oğuz