Sergey Lavrov sabah Bakıya gələcək

Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.

Oct 14, 2026 - 12:45
Sergey Lavrov sabah Bakıya gələcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilir ki, sammitdə AQEM-in gələcək inkişafı, Avrasiya məkanında əməkdaşlıq, kiçik və orta sahibkarlığın dəstəklənməsi, eləcə də beynəlxalq informasiya təhlükəsizliyi məsələləri müzakirə olunacaq.

İştirakçılar beynəlxalq və regional gündəmdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.