“Fənərbağça” prezidenti sərbəst buraxıldı - Bu şərtlərlə...
“Fənərbağça” prezidenti Sadettin Saran bu gün Çağlayan məhkəməsinə aparılıb.
SAVASHMEDİA.az xəbər verir ki, S.Saran məhkəmədə ifadə verib. Prokuror Sadettin Saranla bağlı xarici ölkəyə çıxma qadağası şəklində məhkəmə nəzarəti altına vermə qətimkan tədbiri tələb edib.
S.Saran həftədə iki gün imza şərti ilə sərbəst buraxılıb.
Xatırladaq ki, 19 dekabrda polis narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində Sadettin Saranın evində axtarışlara başlayıb. Lakin heç bir narkotik vasitə aşkarlanmayıb. Qış transfer pəncərəsi ilə bağlı İtaliyada səfərdə olan Saran ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb. O, gecə saatlarında Türkiyəyə qayıdıb. İfadə verdikdən sonra Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.
Orada klub prezidentindən narkotik maddə istifadə edib-etmədiyini müəyyən etmək məqsədilə qan və saç nümunələri götürülüb. Bundan sonra S.Saran ölkədən çıxış qadağası və məhkəmə nəzarəti tətbiq olunmaqla azadlığa buraxılıb.
Məhkəmə Tibbi Ekspertizası İnstitutu dekabrın 24-də S.Saranın narkotik testinin nəticələrini açıqlayıb. Nəticələrə görə, klub prezidentinin saçında kokain tapıldığı bildirilib. Nəticələri qəbul etməyən Saran elə həmin gün (24 dekabr) müstəqil analiz mərkəzində yenidən eyni testləri verdiyini açıqlayıb. Bu açıqlamadan saatlar sonra Sadettin Saran yenidən saxlanılıb. Bu gün məhkəməyə çıxarılıb.
Banu