İstanbulda altımərtəbəli BİNA ÇÖKDÜ - Ölən və yaralananlar var
İstanbulda altımərtəbəli binanın çökməsi nəticəsində bir nəfər ölüb.
SAVASHMEDİA.az xəbər verir ki, Maltəpə rayonunda binanın aşağı mərtəbələri çöküb və bir neçə nəfər dağıntılar altında qalıb.
Xilasedicilərin keçirdiyi əməliyyat nəticəsində 10 nəfər dağıntılar altından çıxarılıb. Hadisə zamanı 6 nəfərin xəsarət aldığı bildirilir.
Hazırda dağıntılar altında qaldığı ehtimal edilən 3 nəfərin axtarışı davam etdirilir. Binanın hansı səbəbdən çökməsi məlum deyil.
Aytən