Vüqar Qurbanovla qohumluğunu gizlətmək üçün soyadını dəyişmişdi - İş yerində bıçaqlandı

Abşeronda xəstəxanada bıçaqlanma hadisəsi baş verib.

Oct 8, 2026 - 11:54
Oct 8, 2026 - 12:08
Vüqar Qurbanovla qohumluğunu gizlətmək üçün soyadını dəyişmişdi - İş yerində bıçaqlandı

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

İlkin məlumata görə, xəstəxananın direktor müavini Orxan Ənvərli işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb. 

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılaraq istintaqa təhvil verilib.

Lent.az isə öyrənib ki, Orxan Ənvərli TƏBİB-in əvvəlki sədri Vüqar Qurbanovun qohumudur. O, bundan əvvəl TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. Həmin zaman onun soyadı da Qurbanov olub. 

Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra Orxan Qurbanov işdən çıxarılmamaq üçün qohumluğunu gizlətmək məqsədilə soyadını dəyişərək Ənvərli edib. Buna baxmayaraq o, tutduğu vəzifədən azad edilərək, Abşeron rayon Mərkəzi Xəstəxanasının direktor müavini təyin edilib.