Lənkəranda istirahət mərkəzinin müdiri bıçaqlandı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Jun 29, 2025 - 13:33
Lənkəranda istirahət mərkəzinin müdiri bıçaqlandı

SAVASHMEDİA.az xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən "Pambayi" istirahət mərkəzinin müdiri 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov bıçaqlanıb.

5 bıçaq zərbəsi alan yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat blokuna alınıb.

Faktla bağlı araşdırma aparılır.